Region
Ermənistanın Hindistan hədəfi: Yeni iddialı təşəbbüslərə hazırdır
Ermənistan Hindistanla yeni iddialı təşəbbüslər inkişaf etdirməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Respublika Günü münasibətilə həmkarı Subrahmanyam Cayşankara ünvanladığı təbrik məktubunda yazıb.
Mirzoyan “X”də yazıb: "Ermənistan Hindistanla əməkdaşlığın bütün sahələrində iddialı yeni təşəbbüslər irəli sürməyə və münasibətlərimizi yeni səviyyəyə qaldırmağa hazırdır".
Baş nazir Nikol Paşinyan həmçinin Hindistanın Baş naziri Narendra Modiyə təbrik mesajı göndərib. O, sürətlə dəyişən dünyada iki dost ölkə arasında qarşılıqlı faydalı və çoxşaxəli əməkdaşlığın dərinləşməyə və genişlənməyə davam etdiyini qeyd edib.
“Əminəm ki, birgə səylər nəticəsində dost ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli siyasi dialoqu və əməkdaşlığı yeni səviyyəyə qaldıra biləcəyik”, - deyə Paşinyan qeyd edib.
Tural
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...





































