Dünya
İtaliyadan təzminat tələbi: Almaniya Romaya bu qədər ödəyəcək
İtaliya məhkəməsi Almaniyanın İkinci Dünya Müharibəsi zamanı nasist qırğınında həlak olanların yaxınlarına əlavə 4 milyon avro təzminat ödəməsi barədə qərar çıxarıb.
Publika.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı yazıb.
L'Akuiladakı apellyasiya məhkəməsi Almaniyanın qətliamda yaxınlarını itirən daha 30 nəfərə 4 milyon avro təzminat ödəməsinə qərar verib. Əvvəlki qərarda açıqlanan təzminatla ödəniləcək ümumi məbləğ 15 milyon avro olacaq.
Mətbuatda Avropa İttifaqının (Aİ) verdiyi COVID-19-dan sonrakı bərpa fondunda “nasist cinayətləri” üçün ayrılan hissədən İtaliyaya təzminatın yaxın aylarda Almaniya tərəfindən ödəniləcəyi bildirilib.
Qeyd edək ki, 1943-cü il noyabrın 21-də faşistlər L'Akuila şəhəri yaxınlığındakı Pietransieridəki Limmari meşəsində yerli əhalinin İtaliya müqavimətini dəstəklədiyi şübhəsi ilə qətliam törədib. Qətliamda 128 silahsız mülki vətəndaş həyatını itirib. Ölənlərdən 60-nın qadın, 34-nün 10 yaşa qədər uşaq və çoxlu sayda qoca olduğu bildirilib.
Roza
-
Nida Xəbər 14:38Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır















.jpg)
.jpg)
.jpg)














.jpg)


