SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər? - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Maraq dünyası

SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər? - ŞOK TƏFƏRRÜAT

SSRİ-də xərçəng xəstələrindən həqiqəti niyə gizlədirdilər? - ŞOK TƏFƏRRÜAT

Sovet dövründə həkimlər xərçəng diaqnozunu xəstələrdən gizlədir, hətta onları xəstəliklərinin ağır olmadığına inandırmaq üçün xüsusi üsullara əl atırdılar. Bunun əsas səbəbi isə səhiyyə sisteminin dövlət nəzarətində olması və xəstənin sağlamlığı ilə bağlı qərarvermə hüququnun məhdudlaşdırılması idi.

Publika.az xəbər verir ki, bu barədə sosial antropoloq, ölüm araşdırmaları üzrə tədqiqatçı Sergey Moxov “Gazeta.Ru”ya müsahibəsində danışıb.

Moxovun sözlərinə görə, Qərb təbabətində də uzun müddət xəstələrə ağır diaqnozlar açıqlanmırdı. Lakin sığorta təbabətinin inkişafı ailələri müalicə xərcləri, prosedurların davam etdirilməsi və digər məsələlərlə bağlı qərar verməyə məcbur etdi.

SSRİ-də isə 1930-cu illərdən səhiyyə dövlətin nəzarətində idi və xəstənin diaqnozu bilməsini tələb edən mexanizm mövcud deyildi.

Antropoloq sovet səhiyyə sisteminin yanaşmasını belə izah edib: "İnsanın sağlamlığı şəxsi məsuliyyət deyil, ictimai sərvət hesab olunurdu. Xəstə öz bədəni ilə bağlı qərarları tam sərbəst verə bilmirdi, onun əvəzinə dövlət qərar qəbul edirdi."

Bu yanaşmada həkimlərin etik qaydaları da mühüm rol oynayırdı. Onkologiyanın əsasını qoyanlardan biri Nikolay Petrovun formalaşdırdığı tibbi deontologiya prinsipləri əsasında xərçəng diaqnozunun xəstəyə açıqlanmasının onun vəziyyətinə mənfi təsir göstərəcəyi düşünülürdü. Həqiqət yaxınlarına deyilir, lakin onlardan bunu xəstədən gizlətmək tələb olunurdu.

Sovet həkimlərinin mövqeyi belə idi - xəstə məlumatsız qalmalı, sovet təbabətinin hər şeyi düzəldə biləcəyinə inanmalıdır.

Diaqnozu gizlətmək üçün müxtəlif üsullardan istifadə edilirdi. Xəstələrin dərmanları başqa qablara keçirilir, həkimlər onlara yanlış istiqamət verərək diqqətlərini başqa məsələlərə yönəldirdilər. Hətta tibb bacılarına uğurlu müalicə hallarının xüsusi qeydiyyatını aparmaq tapşırılırdı.

Xərçəng sözü də çox vaxt işlədilmirdi. Onu “o xəstəlik” kimi ifadələrlə əvəz edirdilər. Yazıçı Lidiya Çukovskaya 1960-cı ildə Boris Pasternakın xəstəliyindən xəbər tutarkən xərçəngi “ölümün təxəllüsü” adlandırmışdı.

Antropoloqun fikrincə, bu siyasət heç də həmişə gözlənilən nəticəni vermirdi. Xəstələr həkimlərin onları aldatmaq üçün istifadə etdiyi üsulları tanıyır və həqiqətin gizlədildiyini anlayırdılar. Nəticədə sovet dövrünün bu təcrübəsi yaşlı nəsildə həkimlərə qarşı inamsızlığın formalaşmasına təsir göstərib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm