Dünya
Aylanın ahı tutdu: Əsədin kəşfiyyat şefi Livana qaçarkən belə görüntüləndi - VİDEO
Suriyada müxalifət qüvvələrinin Əsəd rejimini devirməsindən sonra dünən ortaya çıxan bir görüntü 2011-ci ildə başlayan vətəndaş müharibəsi zamanı yaşanan humanitar faciələr dövrünü xatırladıb.
Publika.az xəbər verir ki, milyonlarla suriyalının ölkəsini tərk etməsinə səbəb olan rejimin kəşfiyyat şefi, Suriya Milli Təhlükəsizlik Bürosunun keçmiş rəhbəri Əli Məmlükün ailəsi ilə birlikdə şişmə qayıqla ölkədən qaçdığı iddia edilib.
Sosial mediada yayılan görüntülərdə Məmlükə bənzəyən bir şəxsin yanındakı qadın və uşaqlarla birlikdə qayığa minərək Livana doğru yol aldığı görünür.
Bu hadisə Muğlanın Bodrum rayonunda mindiyi qayığın batması nəticəsində dünyasını dəyişən suriyalı körpə Aylan Kurdini xatırladıb.
Xatırlaq ki, 2 sentyabr 2015-ci ildə Bodrumda 14 nəfərin olduğu qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışan suriyalıları daşıyan gəminin batması nəticəsində 5 nəfər həyatını itirmişdi. 3 yaşlı Aylan da onların arasında idi.
Bu faciə o zaman bütün dünya gümdəminə yayılaraq Avropanın Suriya böhranına yanaşmasını dəyişmişdi. Həmin dövrdə Almaniya kansleri olan Angela Merkel Aylanın fotosunun onu sarsıtdığını və daha sonra Berlin rəhbərliyinin bir milyona yaxın suriyalı mühaciri Almaniyaya qəbul etdiyini bildirmişdi.
View this post on Instagram
Ekopublika.az06:16Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək? - Video
Qoroskop01:40Günün ulduz falı: hisslərinizi açıq şəkildə ifadə etməkdən çəkinməyin!
ABŞ26 İyun 20:32İran atəşkəsi pozdu - Tramp
Magazin226 İyun 19:51Kadir İnanır vəfat etdi
Region26 İyun 19:138 il əvvəl faciənin yaşandığı zavodda yenidən partlayış oldu - Ölən və xəsarət alanlar var
Hadisə26 İyun 18:48Kanalda batan gəncin meyiti tapıldı - Video/Yeniləndi
Dünya26 İyun 18:36İran XİN-dən Körfəz ölkələrinə xəbərdarlıq
Nida Xəbər 26 İyun 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO















.jpg)

.jpg)






.jpg)

.jpg)

.jpg)










.jpg)


