Dünya
Əsədin sərvəti uğrunda mübarizə: məhkəmə yolu ilə alacaqlar
Suriyada Əsəd rejiminin çökməsi ilə yarım əsrdir ölkəni idarə edən ailənin gizlətdiyi milyardlarla dollarlıq nağd pul və daşınmaz əmlak üçün qlobal "ov" başlanacaq.
Publika.az xəbər verir ki, Əsəd ailəsi Hafiz Əsədin 1970-ci ildə hakimiyyəti ələ keçirməsindən sonra onilliklər ərzində geniş investisiya şəbəkəsi qurub.
Rəsmilərin “WSJ”yə verdiyi məlumata görə, onun sərvətinə Rusiyadakı birinci dərəcəli daşınmaz əmlak, Avstriyadakı butik hotellər və Dubaydakı şəxsi təyyarə daxildir.
Ailənin sərvətinin dəqiq ölçüsü məlum deyil. ABŞ Dövlət Departamentinin 2022-ci il hesabatına görə, onların sərvəti ən azı 1 milyard, ən çoxu isə 12 milyard dollar dəyərində ola bilər. İnsan haqları qrupları Əsəd ailəsinin böyük sərvətinin arxasınca məhkəmə yolu ilə getməyə hazırlaşır.
Lakin böyük miqdarda aktivlərin Rusiya və Birləşmiş Ərəb Əmirliklərində yerləşdiyini nəzərə alsaq, bu işlərin nəticə verməsinin illər çəkə biləcəyi təxmin edilir. Britaniya mətbuatında çıxan xəbərlərə görə, Bəşər Əsədin də Londonda dondurulmuş bank hesabında 69,4 milyon dollar var.
Aysel Şahmar
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi

































.jpg)
.jpg)
