İdman
"Çelsi" "Real"a 156 milyon təklif etməyə hazırdır: Ulduz futbolçuya görə
“Çelsi” klubu “Real”ın vingeri Vinisius Juniorun transferində maraqlıdır.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, İngiltərə təmsilçisi 25 yaşlı futbolçu üçün 135 milyon funt sterlinq (156 milyon avrodan çox) təklif etməyə hazırdır.
Mənbənin iddiasına əsasən, Vinisius Madrid klubundakı mövcud vəziyyətindən narazıdır və bu səbəbdən müqaviləsini uzatmağı planlaşdırmır. Tərəflər arasındakı hazırkı sözləşmə 2027-ci ilin yayına qədər qüvvədədir.
Braziliyalı ulduz 2018-ci ildən “Real”ın formasını geyinir. Bu müddətdə o, komanda ilə birlikdə üç dəfə İspaniya çempionu olub, iki dəfə Çempionlar Liqasının qalibi adını qazanıb.
Vinisius “Real”ın heyətində ümumilikdə 347 oyuna çıxıb, 111 qol vurub və 91 məhsuldar ötürmə ilə yadda qalıb.
Heybət
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ










.jpg)





.jpg)



















