Hadisə
Şəkidə yanan evdən qızıl və pul OĞURLADILAR
Şəkinin Baş Göynük kəndində yanğın hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, kənd sakini Fazil Əhmədova məxsus, ümumi sahəsi 190 kvadratmetr olan 4 otaqdan ibarət yaşayış evində yanğınla bağlı məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi səfərbər olunub.
Hadisə barədə gec məlumat verilməsi və kəndin ucqarda yerləşməsi yanğın miqyasının genişlənməsi və qarşısının alınmaz olmasına səbəb olub. Nəticədə evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb. Həyata keçirilən tədbirlərlə yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da ev sahibi Fazil Əhmədov onun evinin qəsdən yandırıldığını iddia edir. Belə ki, yanğından sonra mənzilə baxış keçirilərkən məlum olub ki, evdən qızıl-zinət əşyaları və pul oğurlanıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, Baş Göynük kəndində fərdi yaşayış evində yanğın baş verməsi və sonradan oğurluq edilməsi iddiaları ilə bağlı ərazi üzrə polis orqanında araşdırma başlanılıb.
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək
-
Ekologiya07:17Bu gün 33 dərəcə isti olacaq
-
Magazin106:16"Özümlə tək qalanda pis oluram"








.jpg)






























