Nida Xəbər
“Beş gün kef məclisi...” - Vardanyanın Bakıdan göndərdiyi səs yazısı yayıldı
Qarabağda hərbi cinayətlər törətmək ittihamı ilə Bakıda məhkəmə qarşısına çıxarılan Ruben Vardanyan Yeni il bayramı münasibətilə təbrik ünvanlayıb.
Publika.az xəbər verir ki, Vardanyan Bakıdan səs yazısı ilə göndərdiyi müraciətdə yaxınlarını, dostlarını təbrik edib.
Əsas diqqətçəkən məqam Vardanyanın dedikləridir.
“Hər kəsə bayram əhval-ruhiyyəsi arzulamaq istəyirəm. Demək istəyirəm ki, ən ideal səyahət öz daxilindəki səyahətdir, bayramlar isə özün üçün yaradılmalıdır. Yaşlandıqca Yeni il və bütün digər bayramları daha sakit qarşılayırsan, hər şey adi, rutin hala gəlir. Halbuki, uşaqlıq hissini, heyrət hissini, nağıl ab-havasını qoruyub saxlamalısan. Sizə deyim ki, insan öz daxilində nə qədər çox sevinə və bu sevinci başqaları ilə bölüşə bilirsə, gündəlik işlər üçün bir o qədər güclü olur. Oxumuşam ki, hətta qədim Yunanıstanda belə ilin 360 günü müəyyən qaydalarla yaşamalı idilər, beş gün ərzində isə kef məclisləri təşkil edə bilirdilər. Harada və necə olursa-olsun, yalnız biz öz atmosferimizi yaradırıq”, - Vardanyan deyib.
O həmçinin, uşaqlıqda sevdiyi filmlərdən də bəhs edib. Qeyd edib ki, “Allaha, özümüzə olan inamımızı itirmişik”.
“Bu dünyada lövbərimiz olmadığı zaman özünüzə sadiq qalmaq çox çətindir. İstəyirəm ki, hamımızın öz içimizdə dəyərlər və sülh hissi ilə lövbərimiz olsun”, - o bildirib.
Asif
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular















.jpg)


















.jpg)

.jpg)