Dünya
Şeytani təsadüf: Maduronun məhkəməsində 93 yaşlı yəhudi hakimlik etdi - Dünya şokda
Bütün dünyanın diqqəti Venesuela Prezidenti Maduro və həyat yoldaşı Siliya Floresin ABŞ-da ilk məhkəmə qarşısına çıxmasına yönəlsə də, beynəlxalq mətbuatda təəccüblü bir məqam gündəm oldu.
Publika.az “Milliyyet”ə istinadla xəbər verir ki, ABŞ-a qarşı narkotik terrorizmi , kokain qaçaqmalçılığı ittihamları ilə üzləşdikləri məhkəmədə həm Maduro, həm də Flores dəfələrlə bütün ittihamları rədd edərək günahsız olduqlarını bəyan etdilər. Dünyanın nəfəsini kəsərək izlədiyi məhkəmə prosesi beynəlxalq mətbuatda da böyük əks-səda doğurdu.
ABŞ-da nəşr olunan " The New York Times" qəzeti məhkəmə iclası zamanı Maduro tərəfdarlarının binanın ətrafında təşkil etdiyi genişmiqyaslı etiraz aksiyasını ilk səhifəsində "Venesuelalıların səssiz əzabları" ifadəsindən istifadə edərək dərc edib.
Məqalədə deyilir: "Nyu-Yorkdakı etiraz adi görünsə də, qitələrdə yaşanan şəxsi yaralardan qaynaqlanır. Venesuela xalqı bölünüb: bir qrup liderlərinin günahsızlığına inanır, digəri isə ölkələrində dəyişiklik üçün ümidin olduğuna".
Yunanıstanın "Liberal" qəzeti Maduronun məhkəmədəki ifadəsi ilə bağlı hesabatında bildirib: "Venesuela liderinin tutulması Latın Amerikasında domino effekti yaradıb. Karakasda əslində kim ipləri çəkir? Bəzi şeyləri aşkar etmək çətin olacaq. Maduroya qarşı əməliyyatda şeytani xronoloji təsadüflər var: Panama hadisəsini xatırlayın. Bu gün məhkəmədə verilən bütün ifadələrin regiona təsirini yaxın günlərdə görəcəyik".
Fransızdilli xəbər agentliyi olan “TVA Nouvelles”, "Geosiyasi Teatr" başlıqlı məqaləsində bildirib: "Donald Trampın Venesuelaya hücumlarını digər Amerika hücumlarından fərqləndirən yeganə şey, bu müdaxilənin ABŞ-ın əsl maraqlarından demək olar ki, heç bir sapma göstərməməsidir. Hüquqi baxımdan, Maduronu öz ölkəsindən götürüb Amerika məhkəməsinə gətirmək, bəlkə də hətta "Cins şalvar" adlandırılan böyük bir geosiyasi teatrdır və məhkəmədəki ifadələr əvvəlcədən məşq edilmiş ssenarilərdir. Bir çox ölkə yaxın günlərdə Venesuela ilə eyni aqibəti yaşayacaq”.
İsrailin "Channel 7" xəbər agentliyi Maduronun məhkəməsinə sədrlik edən hakimi ön səhifəsində yerləşdirib. Başlıqda "Maduroya 93 yaşlı bir yəhudi hakimlik edir" yazılıb:
"93 yaşlı hakim Alvin Hellerstein son onilliyin ən təəccüblü məhkəmələrindən birinə sədrlik edib. Yəhudi əsilli dindar hakim olan Hellerstein öz köklərinə sadiq qalıb və bu kritik işdə ədalətli hökm çıxarıb”.
İspaniyanın "El Confidencial" qəzeti "Əsrin məhkəməsi" başlıqlı məqaləsində bildirib: "Son aylarda demokratik eroziyaya baxmayaraq, ABŞ hələ də qanunun aliliyi ilə idarə olunan bir ölkədir. Karakasdan uzaqlaşdırılan Maduro, son günlərdə realiti şou ulduzuna çevrilsə də, kağız üzərində yalnız müttəhimdir. Maduro və Floresin gələcəyi qeyri-müəyyəndir, amma Venesuelanın da gələcəyi qeyri-müəyyəndir”.
İtaliyanın "Portada Estrela" qəzeti "Maduronun tutulması rejim dəyişikliyi olmadan "boş qələbə"dir" başlıqlı məqalədə bildirib: "Maduro bu gün məhkəmədə günahsız olduğunu bəyan etdi. Əsl sual budur: ABŞ-ın şou əməliyyatı həqiqətən uğurlu idimi? Maduro rejimi hakimiyyətdə qaldığı müddətcə bu, "boş qələbə"dən başqa bir şey olmayacaq”.
Tural
-
Nida Xəbər 21:55Sabiq nazirin yarım milyonluq daha bir borcu üzə çıxdı
-
ABŞ21:31ABŞ Venesuela neftinin satışına başladığını elan etdi
-
Hadisə20:53Bakı metrosunda dəhşətli hadisə: sərnişin öldü
-
Nida Xəbər 20:45Azərbaycanın yeni paytaxtı hara ola bilər? - Prezident iki şəhərə işarə etdi
-
Sosial19:25Kirayə verən də, qalan da cərimələnə bilər - Yoxlamalar başladı
-
Sosial19:05Bakıda bazarda antisanitar şəraitdə ət satılırmış - VİDEO
-
Hadisə18:35Azərbaycanda milyonçu iş adamı HƏBSDƏ ÖLDÜ
-
Rəsmi xronika17:28İlham Əliyev iki sərəncam imzaladı































.jpg)

