Dünya
Bu ölkədən Əsma Əsədə ömürlük giriş qadağası - Şok çağırış
Britaniya Suriyanın devrilmiş lideri Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədin ölkəyə qayıtması planlarından narahatdır. Çağırış edilib ki, ikili vətəndaşlığı olan Əsma Əsəd İngiltərəyə dönəcəyi təqdirdə pasportu ləğv edilsin.
Publika.az xəbər verir ki, Böyük Britaniyanın ədliyyə naziri Robert Cenrik Bəşər Əsədin həyat yoldaşının İngiltərədə dəbdəbəli həyatına qayıtmasının milyonlarla qurbana təhqir olacağını bildirib.
Bu ay Suriyada rejimin devrilməsindən sonra Rusiyaya sığınan Əsəd cütlüyü haqqında təəccüblü iddialar səsləndirilib. 49 yaşlı Əsma Əsədin xərçəng müalicəsi üçün İngiltərəyə qayıtmağı planlaşdırdığı bildirilir.
“Sanksiyaya məruz qalan biri kimi o, ölkədə xoş qarşılanmayacaq”, - xarici işlər naziri Devid Lemmi qeyd edib.
Londonda doğulub böyüyən və uğurlu bankçılıq karyerasına malik Əsma Əsəd 2000-ci ildə Bəşər Əsədlə evlənib. 2012-ci ildə Aİ-nin sanksiyaları çərçivəsində İngiltərədəki aktivləri dondurulan Əsma Əsədə qarşı 2021-ci ildə Suriyada hərbi cinayətlərdə iştirak etdiyi iddiası ilə istintaq başladılıb.
Aysel Şahmar
-
Hadisə21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman19:36Dünya çempionatı matçından sonra atışma baş verdi
-
Dünya18:486,1 maqnitudalı zəlzələ bu ölkəni SİLKƏLƏDİ
-
Nida Xəbər 18:24Azərbaycanlı şoumen xanımına xəyanət etdiyi aktrisa ilə evləndi
-
İqtisadi gündəm17:51Mayda çökən körpünün təmiri niyə ləngiyir? - VİDEO
-
Elm və təhsil17:25AMEA-dan gündəm olan görüntülərlə bağlı açıqlama - Video






















.jpg)







