Yaxın Şərq
Hizbullah Livan-İsrail sülh müqaviləsini rədd etdi
"Hizbullah" hərəkatının lideri Naim Qasım Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə bağlanmış sülh sazişini xəyanət adlandıraraq onu rədd edib.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahunun bəyan etdiyinə görə, sazişin şərtlərinə əsasən, İsrail ordusu "Hizbullah" tərksilah edilənədək Livanın cənubundakı təhlükəsizlik zonasında qalacaq.
Qasım öz bəyanatında sazişi etibarsız adlandırıb və Livan hökumətini birtərəfli güzəştlərə getməkdə və ölkənin suverenliyinə zərbə vurmaqda ittiham edib.
Hərəkatın lideri bildirib: "Biz ən çətin şəraitdə döyüş meydanını tərk etməmişik və indi də tərk etməyəcəyik".
İyunun 26-da İsrail və Livanın İsrail Müdafiə Ordusunun respublika ərazisindən qoşunlarını çıxarmasını nəzərdə tutan çərçivə sazişi imzaladığı məlum olub. Tərəflər sənədi ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə Vaşinqtonda imzalayıblar.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı















.jpg)
.jpg)























