MDB
Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
Rusiyanın baş naziri Mixail Mişustin hökumətdə kadr dəyişiklikləri ilə bağlı təkliflərini prezidenti Vladimir Putinə təqdim edib.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Putin baş nazirin təkliflərini dəstəkləyib.
“Lenta.ru” yazır ki, Mişutsin Primorsk diyarının qubernatoru Oleq Kojemyakonun baş nazirin müavini və Prezidentin Uzaq Şərq Federal Dairəsində (FEFD) səlahiyyətli nümayəndəsi vəzifəsinə namizədliyini irəli sürüb. Hazırda Prezidentin FEFD-dəki səlahiyyətli nümayəndəsi Yuri Trutnevdir. Mişutsin nəqliyyat naziri Andrey Nikitinin baş nazirin nəqliyyat sektorunun inkişafına nəzarət üzrə müavini təyin edilməsini də təklif edib. Nəqliyyat naziri postuna isə Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun namizədliyi verilib.
Maliyyə nazirinin birinci müavini İrina Okladnikova əvvəllər Baş nazirin müavini və Aparat rəhbəri vəzifəsinə namizəd göstərilib . O, hazırda Federal Büdcənin Hazırlanması və İcrası Departamentinə, Layihələrin Maliyyələşdirilməsi və İnvestisiya Siyasəti Departamentinə, Dövlət və Bələdiyyə Maliyyəsinin İdarə Edilməsində İnformasiya Texnologiyaları Departamentinə, Büdcə Prosesinin İnformasiya Dəstəyi Departamentinə və bir neçə digər departamentə rəhbərlik edir.
Mişustin hökumət daxilində yeni bir vəzifənin yaradılmasını da təklif edib: baş nazirin müavini – maliyyə naziri. Baş nazir hazırki maliyyə naziri Anton Siluanovun bu vəzifəyə namizədliyini irəli sürüb.
Asif
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı

















.png)



















