Dünya
Netanyahu Türkiyə ilə mümkün müharibə haqda: Trampla fikir ayrılığımız var
İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə ilə mümkün toqquşma və ABŞ prezidenti Donald Trampla bu məsələdə yaşadığı fikir ayrılığı barədə açıqlama verib.
Publika.az xəbər verir ki, Netanyahu Təl-Əvivdə keçirdiyi mətbuat konfransında İsrailin yeni təhlükəsizlik strategiyasından danışıb.
O bildirib ki, ölkə bundan sonra məhdudlaşdırma siyasətindən qabaqlayıcı tədbirlər və birbaşa hücum strategiyasına keçəcək. Baş nazir müdafiə büdcəsinin də sürətlə artırılmasının vacibliyini vurğulayıb.
Türkiyə ilə mümkün toqquşma barədə danışan Netanyahu Donald Trampla bu məsələdə fikir ayrılıqlarının olduğunu bildirib. “Trampın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla yaxın münasibətləri var. O, ABŞ haqqında düşünərkən mən İsrail haqqında düşünməliyəm. Türkiyə məsələsində fikir ayrılığımız var”, - deyə Netanyahu qeyd edib.
İsrailin Türkiyə ilə birbaşa toqquşmaya hazır olub-olmadığı barədə danışan baş nazir Suriyanın şimalında Türkiyənin nüfuzunu genişləndirəcəyinə dair məlumat aldıqlarını və bunun qarşısını almaq üçün hərəkətə keçdiklərini iddia edib.
“Xoşbəxtlikdən, toqquşma həddinə gəlib çatmamışıq. Ümid edirəm ki, Türkiyə ilə birbaşa toqquşmaya girmərik. Ən azı mən bunun qarşısını almaq üçün çalışıram”, - Netanyahu bildirib.
O, İsrailin regional ittifaqlar da daxil olmaqla, müxtəlif variantları nəzərdən keçirdiyini və mümkün ssenarilərə hazırlaşdığını da əlavə edib.
Müəllif: Roza
-
Hadisə10:30Azərbaycanda iki hərbçi HƏBS OLUNDU
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var


































