Sosial
Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaq çərçivəsində bir sıra şəxslərlə yanaşı, onun ailə üzvləri də şahid qismində dindirilib.
Publika.az Gününsəsi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyevin oğlu Timur Mehdiyevin atasının ittiham olunduğu cinayətlərlə bağlı konkret ifadəsi bəlli olub.
Timur Mehdiyev istintaqa bildirib ki, atası bir sıra xəstəliklərdən əziyyət çəkib, onun yaddaş pozğunluğu var.
“Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur. Nə dediyini, hansı hərəkət etdiyinin fərqində olmurdu. Ona görə də hər hansı məsələ ilə bağlı konkret məlumatım yoxdur”, - deyə oğul Mehdiyev bildirib.
Xatırladaq ki, Ramiz Mehdiyev üç ağır cinayət üzrə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 278.1-ci - dövlət hakimiyyətini zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər, 274-cü — dövlətə xəyanət və 193-1.3.2-ci — cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulma maddələri ilə ittiham olunub.
Sabiq PA rəhbəri hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO


















.png)

















