Nida Təhlil
“Paris dağıldı, bu, Makron işidir” – Fransadakı etirazların detalları
Müsyo Jordanın “Paris dağıldı, bu, şeytan işidir” deyimi Fransada reallığa çevrilir. Paris dağılır, amma bu, Makronun işidir. Məktəblilərin başlatdığı etiraz aksiyaları artıq ölkənin hər yerinə yayılıb. Paytaxtla yanaşı, Lion, Marsel, Tuluza, Lill, Strasburq, Limoj, Bordi və Qrenobl sakinləri hökumətin sosial-iqtisa siyasətinə etiraz edir. Ümumi Əmək Konfederasiyasının (CGT) məlumatına görə, iştirakçıların sayı təxminən 800 min nəfərdir. Etirazların son dalğasında 550 mindən çox insan iştirak edib. Təkcə Parisdəki aksiyalarda 100 mindən çox insan iştirak edib. Minlərlə insan saxlanılıb, polis qüvvələri etirazçılara qarşı zorakılıq tətbiq edib.
Hazırda davam edən etirazların təməlinə Emmanuel Makronun yarıtmaq sosial siyasəti dayanır. Makronun “Fransanı yenidən rifah dövləti” etmək adı altında həyata keçirdiyi islahatlar sosial ədalətin pozulmasına, xüsusilə yuxarı təbəqənin varlanmasına şərait yaratdı. Fransa xalqı Makronu “varlıların prezidenti” hesab edir.

Makronun əsas səhvlərindən biri “islahatlar” həyata keçirərkən, bunu həmkarlar ittifaqı ilə müzakirə etməməsi, razılaşma əldə edilmədən məburi şəkildə tətbiq etməsidir. Pensiya islahatları bunun bariz nümunəsidir. Qərara görə, pensiya yaşı 62-dən 64-ə qaldırıldı. Əhalinin 70 faizindən çoxunun etiraz etsə də, hökumət geri addım atmadı. Makron bu qərarın qəbulu zamanı Konstitusiyanın Konstitusiya 49,3-cü maddəsindən (hökumətin qanun layihəsini parlamentə təqdim etmədən qəbul etməsi) istifadə edi. Xalqa qarşı hörmətsizlik kimi qəbul edilən bu addım ictimai narazılığı daha da artırdı.
Əsas problemlərdən biri sosial təminatın azaldılması olub. İşsizlik sığortası və müavinətin müddəti qısaldılıb, həmçinin, minimum sosial yardım alanlara həftəlik 15 saat işləmək məcburiyyəti qoyulub.

Aşağı təbəqənin əleyhinə qərarlar qəbul edən Fransa hakimiyyətinin yuxarıların varlanması üçün yeni imkanlar yaradıb. Makronun “varlıların prezidenti” adlandırılması buradan qaynaqlanır. Sərvət vergisinin ləğv edilməsi belə addımlardandır. Qərara görə, kapital gəlirlərinə sabit vergi tətbiq edildi ki, bu da varlıların daha da zənginləşməsinə səbəb oldu. Eyni zamanda, yaşayış xərclərinin yüksəlməsi ilə nəticələndi. Bu mənzərə qarşısında orta və aşağı təbəqənin sosial həyatı daha da çətinləşdi. Bununla yanaşı, ekologiyanın qorunması adı altında yanacaq vergisinin artırılması cəhdi kənd yerlrində və şəhər ətrafı bölgələrdə yaşayan insanlara ciddi zərbə vurdu. “Sarı jiletlilər” hərəkatının başlanma səbəbi də bu idi. Və sonradan davam edən, nəhayət bugünkü vəziyyətə çatan etirazların altında məhz Makronun anti-demokrat siyasətinin, ölkəni diktator kimi idarə etməsinin nəticəsidir. Onun ölkəyə rəhbərlik etdiyi dövr Fransanın ən qaranlıq dövrlərindən hesab olunur.
Bu vəziyyət Fransada ifratın sağçıların yüksəlişini şərtləndirir. Marine Le Penin liderlik etdiyi “Milli Birlik” partiyasının reytinqinin sürətlə yüksəlməsi mövcud mənzərənin səbəblərini izah edir.

Fransadakı etirazlarda yaşanan xaosun pərdəarxasında da məhz mövcud siyasi vəziiyyət, xüsusilə Makronun reytinqinin tamamilə aşağı düşməsi dayanır. Məlumatlara görə, Makron hakimiyyətinin agentura şəbəkəsi xə təxribat qrupları dinc aksiyalara qoşularaq, qarətlər, yanğınlar, iğtişaşlar törədir. Məqsəd dinc etirazçıların haqlı mövqeyinə kölgə salmaqdır. Bu plan birdən çox hədəfə hesablanıb.
Birincisi, etirazçılara qarşı polis zorakılığına haqq qazandırmaq, güc tətbiqini legitimləşdirməkdir.
İkincisi, ölkədə hərbi/fövqəladə vəziyyətin elan edilməsinə şərait yaratmaqdır. Hərbi vəziyyət elan olunarsa, hakimiyyət müxalif qüvvələri, tələbə hərəkatlarını və azad medianı güc yolu ilə susdurmaq imkanı qazana bilər. Xüsusilə seçkilər ərəfəsində belə vəziyyət Makron hakimiyyətinə lazımdır.
Üçüncüsü, kütləvi iğtişaşların yaradılması diqqəti Makronun və komandasının qanunsuz əməllərindən – maliyyə fırıldaqları, korrupsiya əməlləri, dövlət vəsaitinin qeyri-şəffaf xərclənməsi və s. yaylndırmağa hesablanıb.

Fransada baş verənlər Qərb demokratiyasının aşındığını da bir daha ortaya çıxarır. Digər ölkələrdə kiçik hadisləri belə “insan haqlarının pozulması” hesab edən, bununla bağlı bəyanatlar verən, hesabatlar hazırlayan Avropa strukturları Parisin mərkəzində dinc etirazçılara qarşı polis vandallığını görməzdən gəlir. Bu vəziyyət təkcə Makronun yox, həm də Avropa Parlamenti, Avropa Komissiyası, birbaşa Ursula fon der Lyayen və digər avropalı bürokratların indiyədək yürütdüyü məsuliyyətsiz siyasətin nəticəsidir.
Qərb demokratiyası Parisin mərkəzində boğulur, Avropa isə görməzdən gəlir.
Asif Nərimanlı
-
Kriminal18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar
-
Qoroskop15:162027-ci ildə hansı bürclərin bəxti gətirəcək? - Sevgidə və karyerada böyük dəyişikliklər
-
MDB14:34Hökumətdə böyük dəyişikliklər - Rusiyada nə baş verir?
-
Rəsmi xronika14:23Prezident bir qrup energetiki təltif etdi
-
Sosial13:32Onları da əsgər aparacaqlar - Rəsmi açıqlama
-
Sosial12:29Ramiz Mehdiyev nə dediyini bilmir - Oğlu
-
Sosial11:54Axar.az saytı 13 yaşını qeyd edir
-
Rəsmi xronika11:27Anar Bayramov səhiyyə naziri təyin edildi

































