Bu ölkə prezidentinin həbsinə order verə bilər - FOTO
Bizi izləyin

Dünya

Bu ölkə prezidentinin həbsinə order verə bilər - FOTO

Birgə istintaq qrupu Seul məhkəməsindən Cənubi Koreya Prezidenti Yoon Seok Yeolun həbsinə order verilməsini istəyib.

Publika.az xəbər verir ki, yüksək vəzifəli məmurlarla bağlı Korrupsiyaya Qarşı Mübarizə Departamenti məlumat yayıb .

Müvafiq ərizə dekabrın 30-da təqdim olunub. Birgə istintaq qrupunun üzvləri dövlət başçısı tərəfindən hərbi vəziyyətin tətbiqi hallarını araşdıran idarənin, polisin və Müdafiə Nazirliyinin nümayəndələridir, onu bununla bağlı qiyam təşkil etməkdə şübhəli bilirlər.

Dekabrın 29-da Yoon Seok Yeol üçüncü dəfə çağırışa məhəl qoymayıb və sorğu-sual üçün gəlməyib.

Dekabrın 3-də Yoon Seok Yeol Cənubi Koreyada hərbi vəziyyət elan edərək, qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib. Bir neçə saat sonra parlament tətbiq olunan rejimin ləğvinə səs verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm