Avropa
Trampın xüsusi nümayəndəsi Kiyevə səfərini TƏXİRƏ SALDI: Buna görə
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı müharibə üzrə xüsusi nümayəndəsi general Keyt Kelloq Kiyevə və Avropanın digər paytaxtlarına planlaşdırılan səfərini təxirə salıb. Səfər yanvarın 20-də Trampın andiçmə mərasimindən sonra baş tutacaq.
Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumatlı mənbələrə istinadən yazır.
Nəşrin əvvəllər xəbər verdiyi kimi, Kelloq ilkin olaraq yanvarın əvvəlində Ukrayna hakimiyyəti ilə görüşmək üçün Kiyevə səfər etməyi planlaşdırırdı. Onun komandası Roma və Paris də daxil olmaqla digər Avropa paytaxtlarında rəsmilərlə görüşlər də təşkil edib.
Lakin 5 noyabr seçkilərindən sonra formalaşan Tramp administrasiyasının rəsmilərinin Kiyevə ilk ziyarəti olacaq səfərin təxirə salındığı, Kelloqun Trampın vəzifəyə başlamasından sonra Ukraynaya gedəcəyi gözlənilir. Lakin dəqiq tarix hələ müəyyən edilməyib.
Eyni zamanda, nəşr qeyd edir ki, Kelloqun səfəri niyə təxirə saldığı hələ aydın deyil.
Akqabay
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 21 Sentyabr 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya21 Sentyabr 14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO












.jpg)

.jpg)





















