Cənubi Qafqaz
CİA-nın “kölgəsi”ndən Azərbaycanla bağlı şok proqnoz - Tramp nə edəcək?
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi Ermənistan üçün bədbin proqnozla çıxış edib.
Publika.az xəbər verir ki, “Stratfor” Ermənistanın Azərbaycanla sülh danışıqlarında mövqelərini gücləndirmək üçün kənardan dəstək axtarışının nəticə verməyəcəyini yazır.
Mərkəzin analitikləri hesab edirlər ki, Ermənistanın kənar dəstək axtarışları Cənubi Qafqazı geosiyasi təsir uğrunda döyüş meydanı olaraq saxlayacaq.
“İrəvan və Bakı sülh sazişinə doğru irəliləyəcəklər, lakin Ermənistanda konstitusiya dəyişikliyi, sərhədin tam demarkasiya edilməməsi və tranzit əlaqələri ilə bağlı problemlər 2025-ci ildə sülh sazişinə mane olacaq. Bunlardan bəziləri sonrakı razılaşma üçün təxirə salına bilər, lakin Bakı öz hərbi üstünlüyündən danışıqlarda təsir rıçaqı kimi istifadə etməyə davam edəcək. Nəticədə regionda toqquşmalar riskinin davam edəcəyi ehtimalı da qalır”, - mərkəz yazır.
Məqalədə qeyd olunur ki, hər iki tərəf danışıqlarda təsir rıçaqını saxlamaq üçün xarici dəstək axtaracaq: “Ermənistanın Rusiyaya qarşı düşmənçiliyi davam edəcək. Lakin Ermənistan üçün Tramp Administrasiyasından dəstək almaq da çətin olacaq. Çünki Tramp Administrasiyası Bakı ilə güclü əlaqələri prioritet hesab edir. Bu da İrəvana ABŞ-dan güclü dəstəyin qarşısını alacaq. Ermənistan daha çox Fransanın hərbi dəstəyinə arxalanacaq və Avropa İttifaqı ilə əlaqələri artırmağa çalışacaq”.
Asif
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı















.webp)





















