Qalmaqal: Bu iki ölkə diplomatik əlaqələri kəsdi
Bizi izləyin

Dünya

Qalmaqal: Bu iki ölkə diplomatik əlaqələri kəsdi

Venesuela və Paraqvay müxalifət koalisiyasının prezidentliyə namizədi Edmundo Qonzaleslə bağlı fikir ayrılıqlarına görə diplomatik əlaqələri kəsdiklərini açıqlayıblar.

Publika.az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil “Telegram” hesabında açıqlama verib.

"Venesuela Paraqvayın bəyanatlarını qəti şəkildə rədd edir. Paraqvay kimi hökumətlərin öz xarici siyasətlərini xarici güclərin maraqlarına tabe etməkdə davam etmələri təəssüf doğurur. Biz demokratik prinsiplərə və azad xalqların iradəsinə xələl gətirən bu cür gündəmləri dəstəkləmirik. Venesuela Paraqvay ilə diplomatik əlaqələri kəsmək və dərhal akkreditə olunmuş diplomatik heyətini bu ölkədən çıxarmaq qərarına gəlib”, - deyə o, bildirib.

Paraqvay hökuməti də bəyanatında Venesuela ilə diplomatik əlaqələri kəsdiyini açıqlayıb. Hökumət Venesuelanın Asunsyondakı səfiri və diplomatik heyətindən 48 saat ərzində ölkəni tərk etmələrini istəyib.

Qeyd edək ki, Paraqvay Qonzalesi 28 iyul 2024-cü ildə keçirilən prezident seçkilərinin qalibi kimi tanıdığını elan etdikdən sonra Venesuela diplomatik əlaqələri kəsmək qərarı verib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm