İslandiyadan Ukraynaya 30 milyonluq yardım
Bizi izləyin

Dünya

İslandiyadan Ukraynaya 30 milyonluq yardım

İslandiyanın paytaxtı Reykyavik müdafiə ehtiyacları üçün Kiyevə 30 milyon dollar yardım köçürüb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa İslandiyanın xarici işlər naziri Torqerdyur Katrin Qyunnarsdouttir ilə birgə mətbuat konfransında bildirib.

Ukrayna Xarici İşlər Nazirliyinin "Facebook" sosial şəbəkəsində yayımlanan videoda Sibiqa deyib: “Ukrayna tərəfinə xüsusi olaraq müdafiə ehtiyacları üçün göstərilən yardımın məbləği bu gün 30 milyon dollar təşkil edir”.

O, İslandiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə hərbi istehsalın artırılması imkanlarını müzakirə etdiyini də qeyd edib, lakin təfərrüatları açıqlamayıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm