Dünya
"Əş-Şəbab"ın yüksək səviyyəli lideri öldürüldü
ABŞ-ın Afrika Komandanlığı (AFICOM) terror təşkilatı "Əş-Şəbab"ın yüksək səviyyəli lideri Məhəmməd Mire və təşkilatın 10 üzvünün ABŞ qüvvələrinin Somali ordusu ilə birgə həyata keçirdiyi əməliyyatlarda öldürüldüyünü təsdiqləyib.
Publika.az xəbər verir ki, ABŞ və Somali qüvvələri Somalinin Cubaland bölgəsindəki Kismayo sahil qəsəbəsindən 35 kilometr şimal-qərbdə yerləşən Beer Xaani kəndində əməliyyat keçirib.
Hava hücumunda "Əş-Şəbab" qruplaşmasından "Əl-Qaidə" ilə əlaqəli təşkilatın 10 üzvü və təşkilatın yüksək səviyyəli lideri Məhəmməd Mire öldürülüb.
AFICOM komandanı, general Maykl Lenqli terror təşkilatlarının ciddi qlobal təhlükə olaraq qaldığını bildirib:
“Əş-Şəbab" terrorçuları da bu qlobal təhdidlərdən biridir. Onlarla və digər terror qrupları ilə mübarizə aparmaq üçün həmfikir ölkələrlə tərəfdaşıq. Bu transmilli təhdidlər regional təhlükədir”.
Aysel Şahmar
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar
-
MDB14:30Rusiya: 1 günə 70 bina ələ keçirmişik










.jpg)





















.jpg)