ABŞ-dan sürpriz qərar: Türkiyənin adı bu siyahıdan çıxarıldı
Bizi izləyin

Dünya

ABŞ-dan sürpriz qərar: Türkiyənin adı bu siyahıdan çıxarıldı

ABŞ prezidenti Co Bayden 2019-cu ildə qəbul edilmiş Suriya ilə bağlı sərəncamını yeniləyib. Yenilənmə ilə Türkiyəyə qarşı sanksiyalar yumşaldılıb, bəziləri isə ləğv edilib.

Publika.az xəbər verir ki, Türkiyənin Suriyadakı əməliyyatlarının sülh və sabitliyi pozduğu, mülki əhalini təhlükə altına atdığı və İŞİD-lə mübarizəyə zərbə vurduğuna dair ittihamlar mətndən çıxarılıb.

Bunlarla yanaşı, ABŞ Maliyyə Nazirliyi Rusiyanın maliyyə, müdafiə və enerji sektorlarında 100-ə yaxın hədəfə qarşı sanksiyaları yenidən elan edib.

Nazirlik açıqlamasında bildirib ki, həssas mallara ödənişləri asanlaşdırmaq üçün Rusiya və Çindəki aktorlar arasında qurulmuş sanksiyadan yayınma sxemi üzrə tədbir görülüb.

Bu çərçivədə sözügedən plana daxil olan Rusiyadan 6 təşkilat və 1 nəfər, Çindən isə 9 təşkilat sanksiya siyahısına salınıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm