Dünya
İsrail ordusu Suriyada irəliləyir: BMT qüvvələri cəlb olunacaq
Suriyada yeni hakimiyyətin lideri Əhməd əl-Şara mövcud situasiyalarla bağlı İngiltərənin “Reuters” agentliyinə açıqlama verib.
Publika.az xəbər verir ki, o, İsrailin Suriya ərazisində irəliləməsi məsələsinə aydınlıq gətirib.
"İsrailin bölgəyə müdaxilələri İran milisləri və Hizbullahın mövcudluğu ilə bağlı idi. Hesab edirəm ki, Dəməşqin azad edilməsindən sonra onların artıq heç bir mövcudluğu yoxdur. İsrailin bu gün Suriya və bufer zonasına doğru irəliləmək üçün müxtəlif bəhanələri var", - o bildirib.

Əl-Şara vurğulayıb ki, ölkəsi BMT qüvvələrini təşkilatın İsraillə yaratdığı bufer zonaya qəbul etməyə hazırdır.
Qeyd edək ki, İsrail 1974-cü ildə Suriya ilə imzalanan "Qüvvələrin geri çəkilməsi müqaviləsi”ni pozub. Bufer zonanı və razılaşma ilə yaradılmış silahsızlaşdırılmış ərazini də tutan İsrail Suriyada daimi olmadığını, hazırda Dəməşqdən 20 km uzaqda olduğunu iddia edir.
Roza
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi
-
ABŞ09:54Trampın ailəsində İranla müharibəyə etiraz: Oğlu atasına xəbərdarlıq etdi
-
Dünya09:42“Xüsusi elçi” Sankt-Peterburqa yola düşdü: Hansı təkliflərlə gedir?
-
Dünya09:18Bazara dronla hücumda ölənlərin sayı kəskin artdı - VİDEO












.jpg)
.jpg)






















