Dünya
Fitso bu gün Ərdoğanla görüşəcək: Hansı müqavilə imzalanacaq?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Ankarada Slovakiyanın baş naziri Robert Fitsonu qəbul edəcək.
Publika.az xəbər verir ki, görüşdə Türkiyə ilə Slovakiya arasında strateji əməkdaşlıq haqqında saziş imzalanacaq.
Bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Fitco və nümayəndə heyəti Ərdoğanın dəvəti ilə bazar ertəsi Türkiyəyə rəsmi səfər edəcək.
“Tərəflər Türkiyə ilə Slovakiya arasında münasibətlərin dərinləşməsi üçün atılacaq addımları müzakirə edəcək, regional və qlobal məsələlər, o cümlədən Türkiyənin Aİ ilə münasibətləri ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə Altun qeyd edib.
Rəsminin qeyd etdiyi kimi, gündəmdə müxtəlif sahələr üzrə sazişlərin, xüsusən də “ölkələr arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatacağı birgə bəyannamə”nin imzalanması var.
Fitco bundan əvvəl yanvarın 20-də Türkiyəyə rəsmi səfər edəcəyini, yanvarın 21-də isə Davosda keçiriləcək Dünya İqtisadi Forumuna gedəcəyini açıqlamışdı.
Tural
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi




























