Makrondan "Mona Liza" ilə bağlı qərar: Köçürülür
Bizi izləyin

Dünya

Makrondan "Mona Liza" ilə bağlı qərar: Köçürülür

Luvr Muzeyində nümayiş etdirilən məşhur “Mona Liza” tablosunun qarşısında çıxış edən Fransa prezidenti Emmanuel Makron muzeyin hərtərəfli təmir prosesinə girəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Luvrun yeni intibahı” adı altında həyata keçiriləcək layihə çərçivəsində muzeyin şərq fasadında yeni giriş tikiləcək.

Təmir işlərinin ən geci 2031-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Muzeyin ən məşhur əsərlərindən olan “Mona Liza”nın muzeyin digər bölmələrindən asılı olmayaraq xüsusi əraziyə daşınacağı qeyd olunub. Bu yeni sahə üçün isə ayrıca bilet almaq lazım gələcək.

Makron Fransanın mədəniyyət naziri Raşida Datidən Avropa Birliyi xaricindən gələn ziyarətçilər üçün daha yüksək giriş haqqı təyin etməyi xahiş edib. Yeni bilet qiymətləri 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.

2024-cü ildə 8,7 milyon ziyarətçiyə ev sahibliyi edən Luvr bu təmirlərlə ziyarətçi sayını daha da artırmağı hədəfləyir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm