Avropa
Bu ölkə Fransadan təzminat tələb edir
Əlcəzairdə Fransa müstəmləkəçiliyini cinayət sayan qanun layihəsinin qəbul edilməsinin vaxtı çatıb.
Publika.az ölkə mediasına istinadən xəbər verir ki, bunu Əlcəzair Parlamentinin aşağı palatası olan Milli Xalq Məclisinin spikeri İbrahim Buğali bildirib.
Buğali ölkəsinin son vaxtlar nüfuzuna və imicinə zərər vurmağa yönəlmiş davamlı hücumlara məruz qaldığını və buna cavab olaraq müstəmləkəçiliyin kriminallaşdırılması barədə qanun layihəsini yenidən müzakirəyə təqdim etməyin vaxtının çatdığını deyib.
“Biz müdafiə mövqeyində qalmamalıyıq. Artıq hücum etmək vaxtıdır. Əlimizdə Əlcəzairin imicini müdafiə etmək üçün bütün sənədlər və dəlillər var. Dünənki düşmən elə hesab edir ki, Əlcəzair hələ də müstəmləkədir. Onlar bərabərliyə əsaslanan siyasətə dözmürlər, Əlcəzairin iqtisadiyyat, siyasət və digər sahələrdə nailiyyətlərini qəbul etmirlər. Onların iqtisadiyyatımızda, ticarətdə payları azalıb, buna dözə bilmirlər”, - deyə Buğali qeyd edib.
Qeyd edək ki, parlamentin iki böyük partiyası fevral ayında qanun layihəsinin müzakirəyə çıxarılmasına razılıq verib. Müzakirəyə çıxarılacaq qanun layihəsində Fransanın Əlcəzairdə 132 illik müstəmləkəçiliyi pislənir, qarşı tərəfin üzr istəməsi və vurduğu bütün zərərlərə görə təzminat ödəməsi tələb edilir.
-
ABŞ07:55
ABŞ-da növbəti təyyarə qəzası: evlərə və avtomobillərə ziyan dəydi
-
Ekologiya06:46
“SpaceX”in gündə 3-4 peyki yanır - TƏHLÜKƏ
-
Hadisə06:16
Polis şaurma aldı, Həsən intihar fikrindən daşındı - Foto
-
Avropa02:19
Almaniyada miqrantlarla bağlı VACİB QƏRAR
-
Nəqliyyat01:15
Səhər bu yollar bağlanacaq
-
Qoroskop00:55
Günün qoroskopu: ünsiyyət qabiliyyətiniz yüksələcək
-
Elm və təhsil31 Yanvar 23:30
Prezidentin mükafatlandırdığı gənclər kimlərdir? - Fotolar
-
Sosial31 Yanvar 23:15
Çörəyin qiyməti ilə bağlı daha bir XƏBƏR