Belçikanın yeni baş naziri bəlli oldu
Bizi izləyin

Dünya

Belçikanın yeni baş naziri bəlli oldu

Belçikada sağçı Yeni Flaman Alyansı (N-VA) partiyasının sədri Bart De Vever baş nazir olub.

Publika.az xəbər verir ki, sabiq baş nazir Aleksandr de Krudan sonra vəzifəyə keçən De Vever kral Filipin hüzurunda and içib.

O, bu gün paytaxt Brüsseldə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqı (Aİ) sammitində də ölkəsini təmsil edəcək.

Qeyd edək ki, 9 iyun 2024-cü ildə keçirilən seçkilərdə Yeni Flaman Alyansı (N-VA) birinci partiya olmuşdu. De Vever 237 günlük koalisiya danışıqlarından sonra əldə edilən konsensus nəticəsində baş nazir olub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm