Dünya
Məni həbs edib, İmamoğlunu necə müdafiə edəcəksiniz? - Le Pen
Korrupsiya iddiasına görə 5 il siyasətdən uzaqlaşdırılan Marin Le Pen Fransa hökumətini ikili standartlarda ittiham edib.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı mətbuat konfransı keçirən Le Pen “korrupsiya işi” ilə həbs olunan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu misal gətirib.
"Baş verənlər tam bir demokratiya qalmaqalı və biabırçılıqdır, ölkəmiz üçün böyük bir ləkədir. Dünyada sabah kimlərə demokratiya dərsi keçməyə çalışacaqlar? Navalnını kim və necə müdafiə edəcək? Hazırda həbsdə olan Ərdoğanın əsas rəqibini necə müdafiə edəcəklər?
Rumıniyada ləğv edilmiş seçkilərə və bloklanmış namizədlərə qarşı necə dura bilərik? Qərarın məqsədi mənim prezident seçilməyimin qarşısını almaqdır. Burada ictimai asayiş pozulur. Fransızlar isə RN seçicisi olub-olmamasından asılı olmayaraq bunu qəbul etməyəcəklər”, - deyə o söyləyib.
Qeyd edək ki, məhkəmənin qərarı ilə Le Pen dörd il müddətinə (iki il şərti və iki il elektron qolbaqla) azadlıqdan məhrum edilib. Həmçinin məhkəmə Le Penə beş il müddətində dövlət orqanlarına seçilməyi qadağa qoyub. Hökm onun 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane ola biləcək seçilmək hüququnun itirilməsini nəzərdə tutur.
Le Pen Avropa Parlamentində köməkçiləri işə götürmək üçün ayrılan vəsaiti mənimsəməkdə təqsirli bilinib.
Roza
-
MDB16:05Lavrov Berlinə cavab: "Bu, əsl müharibənin başlanğıcıdıe!"
-
Maraq dünyası15:56Rusiya prezidentinin qarşısına pələng çıxdı - ŞOK KADRLAR
-
MDB15:27Kremldən Paşinyanın çıxışına reaksiya: Suverenliyini göstərmək istəyir!
-
Ekologiya13:03Şimşək çaxacaq, yağış yağacaq - HAVA PROQNOZU
-
MDB10:50Qazaxıstanda abidələrə qarşı vandalizm - Cəzalar sərtləşdirilib
-
İdman10:25Günün oyunları - AFİŞA
-
İdman09:10Maaşsız oynamağa hazır olsa da, ərəblər buraxmır
-
Avropa08:48Uitkoff və Kuşneri daşıyan təyyarə bu ölkəyə eniş etdi



























.png)




