Nəvəsini başmaqla vurdu - 4 il 2 ay həbs cəzası aldı - VİDEO
Bizi izləyin

Dünya

Nəvəsini başmaqla vurdu - 4 il 2 ay həbs cəzası aldı - VİDEO

Nəvəsini başmaqla vurdu - 4 il 2 ay həbs cəzası aldı - VİDEO

Türkiyədə nəvəsini başmaqla vuran nənəyə 4 il 2 ay həbs cəzası verilib.

Publika.az xəbər verir ki, Pamukkale rayonunda yaşayan 18 yaşlı Asiyə Vural axşam saatlarında çölə çıxmaq istəyərkən 80 yaşlı nənəsi Asiyə Kaytan ona icazə verməyib.

Nənə valideynləri uzaqda olan nəvəsini qorumaq üçün qapını kilidləyib. Daha sonra onların arasında mübahisə yaranıb. Asiyə Kaytan ayağındakı başmağı çıxararaq nəvəsinin qoluna vurub. Nəvəsi də əlindəki telefonunu nənəsinin başına vurmaqla ona qarşılıq verib.

Asiye Kaytan başından yaralanaraq Dənizli Dövlət Xəstəxanasına aparılıb. Xəstaxana işçilərinin polisə məlumat verməsi ilə hadisə üzrə istintaq başladılıb.

Şəxslər bir-birindən şikayətçi olmayıb. Lakin Asiye Kaytan barəsində 12-ci Ağır Cəza Məhkəməsində "azadlıqdan məhrum etməyə cəhd" cinayətindən 14 ilə qədər həbs cəzası tələbi ilə iddia qaldırılıb. Məhkəmə Asiye Kaytanı “güc tətbiq etməklə, hədə-qorxu ilə və ya aldatma yolu ilə azadlıqdan məhrum etmə” ittihamı ilə 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib.

Qərardan apellyasiya məhkəməsinə şikayət təqdim edilib. Qərar təsdiqlənərsə, Kaytan həbsxanaya düşəcək.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm