Dünya İqtisadi Forumu Davosdan köçürülə bilər
Bizi izləyin

Dünya

Dünya İqtisadi Forumu Davosdan köçürülə bilər

Dünya İqtisadi Forumu Davosdan köçürülə bilər

Dünya İqtisadi Forumunun (WEF) Davosdan (İsveçrə) Sinqapura və ya ABŞ-a köçürülməsi ehtimalı artır.

Publika.az bu barədə "Aargauer Zeitung" qəzetinə istinadən xəbər verir.

Qurumun təsisçisi Klaus Şvabın sədrlikdən istefa verdiyi və barəsində araşdırma aparıldığı məlum olub.

Bazar ertəsi WEF 88 yaşlı Şvabın vəzifəsini tərk etdiyini açıqlayıb. O, İsveçrənin Davos şəhərində illik toplantılar keçirmək ənənəsini saxlamaq üçün fondun idarə heyətində mübarizə aparıb. İndi məqalədə deyildiyi kimi, fondun idarə heyətində başqa variantları təklif edən cərəyan yaranıb: Sinqapur və ya ABŞ.

Xatırladaq ki, WEF 1971-ci ildə Klaus Şvab tərəfindən təsis edilmiş dövlət-özəl əməkdaşlığın beynəlxalq təşkilatıdır. Onun üzvlərinə dünyanın 1000-ə yaxın ən böyük şirkət və təşkilatları daxildir.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm