Dünya
Ramzan Kadırov atasının ölümündə günahkardır – ŞOK İTTİHAM
Mücahidlərlərdən yeni il öncəsi Çeçenistan Respublikasının Ramzan Kadırova xəbərdarlıq gəlib.
Publika.az-ın “kavkazcenter.com” saytına istinadən verdiyi məlumata görə, Doku Umarovun qardaşı Əhməd Umarov yeni ilə Kadırov üçün “Salyut” hazırladıqlarını bildirib.
Əhməd Umarov müraciətində qardaşının, həmçinin öz atası Əhməd Kadırovun ölümündə Çeçenistan prezidentini ittiham edib. O, həmçinin qeyd edib ki, Kadırov gec-tez çeçen xalqı qarşısında pis əməllərinə görə cavab verəcək və ruslar ona kömək etməyəcəklər.
“Əsas gunahkar sən və sənin dilindir”, - Əhməd Umarov deyib.
O, Çeçenistan Respublikası sakinlərinə müraciət edərək, Kadırovun təhdidlərindən qorxmamağa və evləri yandırılan ailələrə kömək etməyə çağırıb. Əhməd Umarov yaxşı pul veriləcəyi halda ətrafındakı insanların Ramzan Kadırovu təhvil verməyə hazır olduğunu vurğulayıb: “Problem ondadır ki, bizdə belə pul yoxdur. Əgər pulumuz olsaydı, sənin itlərin çoxdan səni satardılar. Amma hər şeyin öz vaxtı var”.
Xatırladaq ki, Ramzan Kadırov dekabrın 4-də paytaxta baş verən
terror aktlarını Əhməd Umarovun təşkil etdiyini və bu barədə onun
əlində təkzibolunmaz sübutların olduğunu bildirib.
“Əlimizdə sübutlar var ki, Qroznıdakı hadisələri təşkil edən və
maliyyələşdirən Doku Umarovun doğma qardaşı Əhməd Umarovdur. Bu
məsələdə Əhməd Umarov məsuliyyət daşıyır. O, məhkəməyə
çıxarılmalıdır”, - Ramzan Kadırov bildirib.
Qeyd edək ki, Qroznıda keçirilən xüsusi antiterror əməliyyatı
zamanı 14 polis əməkdaşı və 10 silahlı həlak olub.
Ömər Dağlı
-
Cənubi Qafqaz13:01
Paşinyan sərhədimizə ordu göndərdi: Səhər saatlarında hərəkətə keçiblər
-
Sosial12:38
Ramin Məmmədov deputat mandatından məhrum edilir
-
Rəsmi xronika12:05
İlham Əliyev qəbul keçirdi
-
Rəsmi xronika11:10
Biz buna imkan verə bilmərik - Prezident
-
Hadisə09:46
Rövşən Rzayev vəfat etdi - FOTO
-
Sosial09:30
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarıldı - Ucuz qiymətə... - VİDEO
-
Dünya08:36
Azərbaycanda bu qadağa qüvvəyə minir
-
Region08:24
Bəy gəlini toy karvanında qoyub qaçdı - ANBAAN VİDEO