Dünya
Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
Çin özünün gizli texnologiyaya malik beşinci nəsil "J-35" döyüş təyyarəsinin bir neçə versiyasını ordunun istifadəsinə verməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə "Bulgarian Military" məlumat yayıb.
Təyyarənin quru versiyası Çin Xalq Respublikası Hərbi Hava Qüvvələri üçün yaradılıb. Bu modifikasiyada tək burun təkəri var.
Təyyarənin daşıyıcı əsaslı versiyası Çin Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulub. O, qatlanan qanadlarla və təyyarədaşıyan gəmiyə eniş üçün xüsusi qarmaqla təchiz edilib.
Təyyarənin hər iki versiyası ilk dəfə 2012-ci ildə səmaya qalxan "FC-31" döyüş təyyarəsinin təkmilləşdirilmiş versiyasıdır. "J-35"-ər çox güman ki, "WS-13E" kimi iki yeni Çin mühərriki ilə təchiz ediləcək.
Mütəxəssislər hesab edirlər ki, "J-35"in gizliliyi və çox yönlü olması Çinin xüsusilə mübahisəli dəniz bölgələrində güc layihələndirmək qabiliyyətini artıracaq.
Hüseyn İbadlı
-
Magazin220:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -
-
Sosial20:24Sabah Bakının iki rayonu qazsız qalacaq
-
Dünya19:50Gəlin öz toyunda atəş açdı, bədəlini belə ödədi - VİDEO
-
Hadisə19:40Bakıda partlayış baş verdi - Xəsarət alan var
-
Kriminal18:48Gənc qız dayısı oğlu tərəfindən bıçaqlandı
-
İdman18:36“Tottenhem” italiyalı baş məşqçiyə tapşırıldı
-
Magazin118:12Emin Ağalarov yeni biznes qurdu - Qərara gəlib ki...
-
Nida Xəbər 16:50Müdafiə Nazirliyi məlumat yaydı































