Region
Ankara bombardmançılarla bağlı yayılan iddiaları TƏKZİB ETDİ
Türkiyə Prezident Administrasiyası İran ətrafında münaqişə fonunda Amerika bombardmançı təyyarələrinin respublikanın cənubundakı aviabazaya enməsi barədə məlumatları təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdindəki Dezinformasiya ilə Mübarizə Mərkəzinə istinadla məlumat yayıb.
Qurumdan bildirilib ki, ABŞ-ın “B-1B Lancer” bombardmançı təyyarələrinin İncirlik aviabazasında uçuş və enişlərini davam etdirməsi barədə xəbərlər dezinformasiya xarakteri daşıyır. Bu cür paylaşımlara əlavə edilən bütün foto və video görüntülər köhnədir və planlaşdırılmış təlim tədbirlərinə aiddir.
Mərkəzdən əlavə ediblər ki, həmin görüntülər aktual deyil və hazırkı regional münaqişələrlə heç bir əlaqəsi yoxdur.
Ötən gün Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç Yaxın Şərqdəki münaqişənin dünya ərzaq tədarükü üçün təhlükə yaratdığını bəyan etmişdi.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Cavab olaraq Tehran İsrailə, həmçinin Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ-dəki Amerika bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Heseyn İbadlı
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu

















.png)

















