Region
Qərbi Azərbaycan ostanındakı kritik informasiya infrastrukturu VURULDU
ABŞ və İsrail İranın şimal-qərbindəki Qərbi Azərbaycan ostanında yerləşən, kosmik peyklərdən məlumatların qəbulu və emalı stansiyasına zərbə endirib.
Publika.az ISNA-aya istinadla xəbər verir ki, bu barədə Səlmas dairəsinin rəhbəri Əli Alai məlumat verib.
Onun sözlərinə görə, peyk stansiyası peyk məlumatlarının qəbulu və nəzarəti üçün çox yaxınlarda istifadəyə verilmişdi. Alai əlavə edib ki, obyektə zərər dəyib.
Xatırladaq ki, fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. İslam Respublikasının bir çox şəhərləri, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına endirilib və o, həlak olub. Cavab olaraq İran İsrailə, ABŞ-ın hərbi bazalarına və Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi





































.jpg)
