Dünya
Gəlin öz toyunda atəş açdı, bədəlini belə ödədi - VİDEO
Pakistanda gəlin toyu zamanı tapançadan atəş açıb.
Publika.az xəbər verir ki, bu barədə "Pakistan Today" nəşri məlumat yayıb.
Hadisə Ravalpindi şəhərində keçirilən toy mərasimində baş verib.
Məlumata görə, qonaqlardan heç kim gəlinin donunun qolunda gizlədilmiş kiçik tapançanı çıxarıb havaya atəş açacağını gözləmirmiş. Yaranan panika iştirakçıların qaçaraq dağılışmasına səbəb olub.
Yeni evlənənlər də qaçmağa çalışsalar da, hadisə yerinə gələn asayiş keşikçiləri gəlini saxlaya biliblər. Onun Şanza Şabbir olduğu müəyyən edilib və o, həbs olunub. Bəy Şəhriyar Əli isə hələ də gizlənməyi bacarır.
Polis 30 kalibrli tapançanı, həmçinin patronları və gilizləri müsadirə edib. Dindirilmə zamanı saxlanılan qadın silahın ərinə məxsus olduğunu bildirsə də, onlardan heç birinin silah saxlamaq üçün qüvvədə olan lisenziyasının olmadığı məlum olub.
Faktla bağlı iş açılıb, bəy axtarışa verilib.
Hüseyn İbadlı
-
Magazin220:48Məşhur aktrisanın arxiv fotosu təəccübləndirdi -
-
Sosial20:24Sabah Bakının iki rayonu qazsız qalacaq
-
Dünya19:50Gəlin öz toyunda atəş açdı, bədəlini belə ödədi - VİDEO
-
Hadisə19:40Bakıda partlayış baş verdi - Xəsarət alan var
-
Kriminal18:48Gənc qız dayısı oğlu tərəfindən bıçaqlandı
-
İdman18:36“Tottenhem” italiyalı baş məşqçiyə tapşırıldı
-
Magazin118:12Emin Ağalarov yeni biznes qurdu - Qərara gəlib ki...
-
Nida Xəbər 16:50Müdafiə Nazirliyi məlumat yaydı

































