Dünya
Türkiyəyə olan sevginizlə bizi unutdunuz: İsrail və Yunanıstan niyə narahatdır?
Türkiyənin Pakistan və Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığı İsrail və Yunanıstanda narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı yazıb.
Xəbərdə Pakistanla əməkdaşlığın İsrail üçün ciddi təhlükə olduğu vurğulanıb:
"Ankara İslamabad administrasiyası ilə müttəfiqliyini daha da dərinləşdirir. Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Cənubi Asiyada təsirini artıraraq iddialı aktora çevrilib. Türkiyənin Pakistanla artan əlaqələri İsrail və onun regiondakı dostları üçün dərin risklər yaradır.
Türkiyə-Pakistan əməkdaşlığı getdikcə güclənir və bu ittifaq Levanta (Şərqi Aralıq dənizi ilə həmsərhəd ölkələr nəzərdə tutulur) çatdı. Qüdsdən Vaşinqtona qədər bütün ölkələrdə həyəcan təbili çalınmalıdır".
Həmçinin, Afina rəhbərliyi də Türkiyənin xüsusilə Avropa İttifaqı (Aİ) daxilindəki təşəbbüslərinin onlar üçün təhlükə olduğunu bildirib. Türkiyənin bu yaxınlarda 150 milyard avroluq Avropa Təhlükəsizlik Fəaliyyətinə (SAFE) daxil edilməsi Yunanıstanın qınaq və sərt bəyanatlarına səbəb olub.
Yunanıstan müdafiə naziri Nikos Dendias Türkiyənin SAFE proqramında iştirakını tənqid edib: “Beynəlxalq hüquqa hörmət etməyən ölkələr Aİ layihələrində iştirak edə bilməz. Türkiyəyə olan sevginizlə bizi unutdunuz. Türkiyə ilə əməkdaşlıq bəzi ölkələrin Qərb dəyərlərinə xəyanəti deməkdir”.
Türkiyəni açıq şəkildə müharibə təhdidində ittiham edən Dendias Kipr türklərinin hüquqlarına məhəl qoymayaraq Türkiyənin sülhsevər təşəbbüslərini də ləkələməyə çalışıb. Onun “Düşmən divarlar arasında ikən Avropa müdafiə oluna bilməz” ifadəsi Türkiyəyə qarşı “təhqiramiz” ittiham kimi diplomatik qeydlərə düşüb.
Yunanıstan rəsmiləri də məsələ ilə bağlı dəstək üçün ABŞ-a müraciət etsələr də, heç bir faydası olmayıb.
Roza
-
İdman08:00DÇ-2026: Argentina İordaniyanı məğlub etdi - YENİLƏNDİ
-
Ekologiya07:17Bakıda güclü yağışlar nə vaxt kəsiləcək?
-
Magazin106:16Günel hindistanlı həyat yoldaşı ilə belə dincəlir - FOTO
-
Mətbəx05:45Təzə lobya sirkəli suda saxlanılmalıdır?
-
Sağlamlıq04:14Saqqızın tərkibindəki bu maddə də faydalı imiş...
-
Yaxın Şərq03:43Hörmüz boğazı yaxınlığındakı kəndə mərmilər düşdü
-
İdman02:12Azərbaycanda Əməkdar məşqçi vəfat etdi
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”































.jpg)