Yaxın Şərq
ABŞ İrana qarşı əməliyyatın başa çatdığını elan etdi
ABŞ-ın İrandakı hədəflərə zərbələr endirmək üçün həyata keçirdiyi hərbi əməliyyat başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Fox News" telekanalının jurnalisti Cennifer Qriffin “X” sosial şəbəkəsində ABŞ müdafiə sahəsindəki nümayəndəsinə istinadən məlumat verib.
Onun həmsöhbəti əməliyyatın nəticələri və ya vurulan obyektlər barədə başqa təfərrüatlar açıqlamayıb.
Daha əvvəl CENTCOM ABŞ Hərbi Hava Qüvvələrinin Hörmüz boğazı rayonunda İrana zərbələr endirdiyini təsdiqləmişdi. Dəqiqləşdirilmişdi ki, Vaşinqton bu qərarı Tehranın Hörmüz boğazı yaxınlığında "M/T Kiku" tankerini vuraraq atəşkəsi pozmasından sonra qəbul edib. Amerika aviasiyası hərbi kəşfiyyat obyektlərinə, rabitə sistemlərinə, hava hücumundan müdafiə mövqelərinə, pilotsuz uçuş aparatlarının anbarlarına və dəniz minalarının yerləşdirilməsi vasitələrinə hücum edib.
Hüseyn İbadlı
-
Magazin219:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq
-
Avropa15:38Maskalılar məşhur telekanalın binasına hücum etdilər
-
İdman14:55Ona "Rus Taysonı" deyirdilər - 40 yaşında öldü
-
İdman14:30Ermənilərin əsas ümidi idi - Ağır əməliyyat olundu
-
Region13:00İrəvana gələn Rusiya vətəndaşı müəmmalı şəkildə yoxa çıxdı
-
Ekologiya12:41Sabahın hava proqnozu açıqlandı







































