İmamoğluya dəstək üçün İstanbula görün kimlər gəlir
Bizi izləyin

Dünya

İmamoğluya dəstək üçün İstanbula görün kimlər gəlir

155 gündür həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğluya dəstək aksiyaları davam edir. Avropalı bələdiyyə başçıları gələn həftə İstanbula gələrək haqsız yerə həbs edilənlərin azadlığa buraxılmasını tələb edəcəklər.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Avropa şəhərləri şəbəkəsi “Eurocities”-in prezidenti və Florensiyanın keçmiş bələdiyyə başçısı Dario Nardella da İmamoğluya dəstəyini ifadə edib.

“Altı ay əvvəl İstanbulda dostum Əkrəm İmamoğlu ilə görüşdüm. Bir ay sonra o, 16 CHP bələdiyyə başçısı ilə birlikdə Silivridə həbs olundu. Avropalı bələdiyyə başçıları olaraq gələn həftə İstanbula gələrək həmrəylik göstərərək haqsız yerə həbs edilənlərin azad olunmasını tələb edəcəyik. Aİ bu vəziyyətə göz yuma bilməz. Demokratiya və insan haqlarını pozan hökumətlərlə ticarət müqavilələri bağlanmamalıdır”, - o sosial media hesabındakı paylaşımında bildirib.

Qeyd edək ki, İmamoğlunun həbsi ilə bağlı 23 mart tarixində Florensiyada da etiraz aksiyası keçirilib. Nardellanın təşəbbüsü ilə baş tutan aksiyada tarixi Santa Maria Novella meydanına “İmamoğluya azadlıq” şüarı yazılmış plakat asılıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm