Yaxın Şərq
Papa Yaxın Şərq problemi barədə ümidlə danışdı
Yaxın Şərqdə sülh danışıqlarında irəliyə doğru atılan addımlarda arzuolunan nəticələr əldə ediləcəyinə ümidvaram.
Publika.az xəbər verir ki, bu fikirləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ənənəvi “Angelus” duası zamanı səsləndirib.
Pontifik Qəzzada fələstinlilərin çəkdiyi əzablardan kədərləndiyini ifadə edib.
“Yaxın Şərqdəki dramatik vəziyyət fonunda son saatlarda sülh danışıqlarında irəliyə doğru bəzi mühüm addımlar atılır. Ümid edirəm ki, ən qısa zamanda arzuolunan nəticələr əldə ediləcək. Bütün tərəflərdən bu yolda, atəşkəs və girovların azad edilməsi istiqamətində səyləri artırmağı xahiş edirəm. Davam edən səylərin müharibəyə son qoyması, bizi ədalətli və davamlı sülhə aparması üçün hər kəsi dua etməyə çağırıram”, - deyə Papa Leo bildirib.
Roma Papası, həmçinin Mançester sinaqoqunda törədilən terror aktı fonunda dünyada antisemit nifrətinin artmasından narahatlığını ifadə edib.
-
Nida Xəbər 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin214:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO
-
Nida Xəbər 13:08Aşqabadda Leyla Əliyevanın üçtərəfli görüşü oldu - FOTO
-
Nida Xəbər 12:45Binəqədi rayonuna yeni prokuror təyin edildi
-
Nida Xəbər 12:08Bunu edən MAXE-lər həbs olunacaq
-
Dünya10:36Tramp Fransanın "fatihə"sini verdi: Paris tezliklə müsəlman şəhəri olacaq
-
Sosial09:48Bu şəxslər maaşları qədər pensiya alacaq
-
MDB09:36Moldovada Ukraynanın daha iki sərhədçisi saxlanıldı: Nə baş verir?














.webp)











.jpg)










