Avropa
Misirdə böyük tikinti işləri başladıldı - Qəzzalılar üçün nələr planlanır?
Misir Qəzza zolağının şimalından olan köçkünlər üçün ən böyük düşərgənin tikintisinə başlayıb.
Publika.az “əl-Arabiyyə” telekanalına istinadla xəbər verir ki, onlarla buldozer Nusayrat məntəqəsində, Bureyc düşərgəsi yaxınlığında müvəqqəti düşərgələrin və sığınacaqların qurulması, dağıntıların aradan qaldırılması və yolların təmizlənməsi işlərinə cəlb edilib. Hazırda Misir inşa etdirdiyi digər köçkün düşərgələrini də qəzzalılara təhvil verməyə hazırlaşır.
Bildirilir ki, HƏMAS və İsrail nümayəndə heyətləri arasında danışıqlar oktyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək. Danışıqlarda iştirak etmək üçün tərəflərin nümayəndə heyətləri, eləcə də ABŞ Prezidentinin elçiləri Cared Kuşner və Stiv Vitkof Misirə gəlib. Tərəflər israilli girovların fələstinli əsirlərlə dəyişdirilməsi üçün uyğun şəraitin yaradılması, azad olunacaq məhbusların ilkin siyahılarının hazırlanması və dəyişmə prosesinin texniki detalları barədə razılıq əldə etməyə çalışacaqlar. Eyni zamanda, danışıqlarda müharibənin sona çatdırılması, daimi sülhün təmin olunması və İsrailin Qəzzadakı yaşayış məntəqələrindən geri çəkilməsi müzakirə olunacaq.
-
Ekologiya22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı























.jpg)
.jpg)













