Region
İran BAEA ilə əməkdaşlığı dayandırdı

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurası, BMT-də Tehrana qarşı sanksiyalarla bağlı keçirilmiş səsvermə fonunda Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığı dayandırmaq qərarı verib.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
“Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığı və böhranın həlli ilə bağlı planların təqdim edilməsinə baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən BAEA ilə əməkdaşlıq dayandırılacaq”, - Ali Şuradan bildirilib.
Agentlik qeyd edib ki, əməkdaşlığın dayandırılmasına baxmayaraq, İran Xarici İşlər Nazirliyinə tövsiyə olunub ki, Milli Təhlükəsizlik üzrə Ali Şuranın qərarları çərçivəsində milli maraqları qorumaq məqsədilə BAEA ilə məsləhətləşmələri davam etdirsin.
Sentyabın 19-da BMT-dəki diplomatik mənbə bildirib ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların saxlanılması ilə bağlı qətnaməni qəbul etməyib. Bununla belə, Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) uzadılması ilə bağlı müzakirələrin gələn həftə yenidən başlaya biləcəyi qeyd olunub.
Avqustun 28-də İran İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qaribabadi bəyan edib ki, əgər BMT sanksiyalarını yenidən qüvvəyə mindirən mexanizm işə salınarsa və bu addım “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) tərəfindən atılarsa, Tehran BAEA ilə əməkdaşlıqdan imtina edə bilər.
Hüseyn İbadlı

-
Magazin206:16
Mahnımızı oxuyub Bakıda böyüyən aktrisanı ağladan kimdir? - VİDEO
-
Magazin103:13
Ağadadaş Ağayev imicini dəyişdi - VİDEO
-
Magazin202:12
"Intervision 2025"in qalibi bu ölkə oldu
-
İdman01:11
Ronaldo 944-cü və 945-ci qollara İMZA ATDI
-
Cənubi Qafqaz00:15
7 il axtarışda olan oğru həbs olundu
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış anlaşılmalar ola bilər
-
Sosial20 Sentyabr 23:24
AZTV-nin sabiq sədri VƏFAT ETDİ - FOTO
-
Sosial20 Sentyabr 23:12
Polkovnik-leytenantın dəfn yeri məlum oldu - YENİLƏNDİ