Trampın Qəzza üçün “Amerika planı" - Təfərrüatı ilk dəfə açıqlandı
Bizi izləyin

Dünya

Trampın Qəzza üçün “Amerika planı" - Təfərrüatı ilk dəfə açıqlandı

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyası çərçivəsində keçirilən Qəzza ilə bağlı iclasda İsrailin Qəzza zolağına hücumlarına həmişəlik son qoymaq planını təqdim edib.

Publika.az xəbər verir ki, İsrailin “Kanal 12” televiziyası üç mənbəyə istinadən sözügedən planın detallarını paylaşıb.

Məlumata görə, Tramp görüşdə iştirak edən liderlərə İsrailin Qəzzaya hücumlarını dərhal dayandırmalı olduğunu söyləyib. Həmçinin, planı İsrailin beynəlxalq arenada getdikcə daha çox təcrid olunduğu üçün təqdim etdiyini bildirib. Tramp liderlərdən planı dəstəkləməyi və Qəzzada bu planın bir hissəsi olmasını istəyib.

Qeyd edilib ki, bu plan Trampın kürəkəni Cared Kuşner və Böyük Britaniyanın keçmiş Baş naziri Toni Bleyer tərəfindən hazırlanmış “Qəzzada ertəsi gün planı”ndan ibarətdir.

Mənbələrin bildirdiyinə görə, plana bütün israilli əsirlərin azad edilməsi, daimi atəşkəsin yaradılması və İsrail ordusunun Qəzza zolağından tədricən çıxarılması daxildir. Həmçinin, planda Qəzza zolağında HƏMAS-sız bir idarəetmə mexanizminin yaradılması, ərəb və islam ölkələrindən əsgərlərin daxil olduğu bölgəyə təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi və regionun yenidən qurulması üçün ərəb dövlətlərindən maliyyənin təmin edilməsi var.

ABŞ-ın planı həmçinin İsrailin hücumlarından sonra Qəzza zolağında Fələstin Administrasiyasının da iştirakını nəzərdə tutur.

Qeyd olunub ki, görüşə qatılan liderlər müəyyən şərtlər daxilində bu planı dəstəkləyəcəklərini vurğulayıblar. Sözügedən şərtlərə İsrailin işğal olunmuş İordan çayının qərb sahili və Qəzza zolağının ilhaqına cəhddən, eyni bölgədə hər hansı işğalda iştirak etməkdən və qeyri-qanuni yəhudi məskənləri yaratmaqdan imtina etməsi daxildir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm