Dünya
ABŞ-dan sensasion etiraf: Lukaşenkodan bu məqsədlə istifadə edirlər

ABŞ-ın xüsusi elçisi Kit Kelloq səmimiyyətlə etiraf edib ki, Belarusla son razılaşma siyasi məhbusların azadlığa buraxılması üçün deyil, Rusiya prezidenti Vladimir Putinlə təhlükəsiz əlaqə kanalının təmin edilməsi üçün bağlanıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Kelloq vurğulayıb ki, Aleksandr Lukaşenkoya diqqət praqmatikdir: “Biz bilirik ki, o, prezident Putinlə çox danışır. Onun nə dediyindən əmin deyilik, lakin onunla danışdığını bilirik”.
Kelloq açıq şəkildə bildirib ki, məqsəd Amerika mesajlarının Kremlə çatdırılmasını təmin etmək idi. "Biz rabitə kanallarının açıq olmasını və bütün mesajlarımızın prezident Putinə çatdırılmasını təmin etmək üçün əlaqələr qurduq. Buna görə də bunu etdik; biz əvvəlcə siyasi məhbusları çıxarmaq üçün ora getmədik".
O əlavə edib ki, insanların azadlığa buraxılması müsbət nəticə olsa da, əsas məqsəd bu olmayıb:
"Əsas məqsəd siyasi məhbusların azad edilməsi deyil, Ukrayna və Rusiya arasında müharibənin mümkün olan ən yaxşı həllini tapmaq idi", - xüsusi elçi deyib.
Kelloq qeyd edib ki, bununla belə, ABŞ-ın Belarus lideri haqqında heç bir illüziyası yoxdur. Əlavə edib ki, biz sadəlövh deyilik: "Biz bilirik ki, o, bir məhbusu azad etsə, çox güman ki, daha ikisini götürəcək".
Adəm
-
Sosial17:05
Milli Məclis bəyanat qəbul etdi - YENİLƏNDİ
-
Rəsmi xronika16:53
Prezident onlara yüksək rütbə verdi
-
Sosial16:40
Nazir qalmaqallı prorektoru işdən çıxardı
-
Sosial15:58
Cabir İmanov dəfn edildi
-
Dünya15:36
Sarışın qatillər: Kişilərdən daha amansızdırlar, bir qətl üçün...
-
İdman14:19
Qurban Qurbanov: Bu elə bir oyundur ki...
-
İdman13:37
Rövşən Nəcəf Ayxan Abbasovla niyə görüşüb? - AFFA-da müəmmalı vəziyyət
-
Magazin113:17
Cabir İmanovun vida mərasiminə görə Türkiyədən Bakıya gəldilər - FOTO