Dünya
Fələstin dövləti olmayacaq: Netanyahu açıqladı

ABŞ prezidenti Donald Trampın 20 bəndlik sülh planını dəstəkləyən İsrailin baş naziri Binyamin Netanyahu Qəzzanın işğalının davam edəcəyini bildirib.
Publika.az xəbər verir ki, Netanyahu bununla bağlı “Telegram” kanalında video yayımlayıb.
O, paylaşımında Trampla görüşünü "tarixi səfər" kimi qiymətləndirib. Lakin əsirlər azad edilənədək İsrail ordusunun Qəzza zolağının əksər hissəsində qalacağını vurğulayıb.
“İndi bütün dünya, o cümlədən ərəb və müsəlman dünyası, Trampla qoyduğumuz şərtləri qəbul etməsi üçün HƏMAS-a təzyiq edir”, - deyə o qeyd edib.
Fələstin dövlətinin qurulmasını qəbul edib-etməməsi ilə bağlı suala isə Netanyahu planda bunun olmadığını deyib:
"Biz Fələstin dövlətinin əleyhinəyik. Tramp da bizim mövqeyimizi anladı. O, BMT-də belə bir addımın terrorizm üçün böyük mükafat və İsrail dövləti üçün təhdid olacağını bəyan etdi".
Roza
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək
-
Sosial07:17
Oktyabrın ilk günü hava necə olacaq - PROQNOZ
-
Magazin106:16
Tanınmış meyxanaçıların arxiv görüntüsü gündəm oldu - VİDEO
-
Magazin204:14
58 yaşlı aktrisa imicini kökündən dəyişdi - FOTO
-
Magazin101:11
Bu da Şəbnəm Tovuzlunun özündən gözəl qızı - VİDEO
-
Region00:30
Türkiyədən İrəvana təyyarələr uça bilər
-
Magazin100:15
Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış anlaşılmaların qarşısını alın