ABŞ
ABŞ-da federal hökumət fəaliyyətini QİSMƏN DAYANDIRDI

ABŞ Konqresinin Senatı çərşənbə axşamı günü əlavə səsvermədən imtina edib, bu isə federal hökumətin fəaliyyətinin qismən dayandırılmasını (şatdaun) yaxın saatlarda qaçılmaz edir.
Publika.az xəbər verir ki, bu barədə Senatdakı Respublikaçıların lideri, Cənubi Dakotanı təmsil edən Con Tün məlumat verib.
Onun sözlərinə görə, demokratlar hökumətin fəaliyyətinin dayanmasına bilərəkdən səbəb olublar, çünki respublikaçıların şatdaunun qarşısını almaq üçün təqdim etdiyi qanun layihəsini dəstəkləməkdən imtina ediblər.
Həmin gün daha əvvəl senatorlar həm respublikaçıların, həm də demokratların təqdim etdiyi iki alternativ qanun layihəsini rədd ediblər. Nəticədə federal qurumların maliyyələşdirilməsi yerli vaxtla 1 oktyabr gecə yarısı (Bakı vaxtı ilə çərşənbə günü saat 07:00) dayandırılır.
Ağ Evin Administrativ-Büdcə İdarəsi artıq qurumlara maliyyələşmənin müvəqqəti dayandırılması halında fəaliyyət planlarını aktivləşdirməyi tapşırıb. Məmurlar çərşənbə günü işə gəlməli və şatdaunla bağlı prosedurların təşkilinə başlamalıdırlar.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl Konqres sentyabrın sonuna qədər yeni büdcə xərclərini razılaşdırmasa, bu cür ssenarinin mümkün olduğunu bildirmişdi. Respublikaçılarla demokratlar arasında əsas fikir ayrılığı bir sıra sahələrin, o cümlədən səhiyyənin maliyyələşdirilməsi ilə bağlıdır. Tərəflər bir-birini siyasi mənfəət naminə böhran yaratmağa çalışmaqda ittiham etməyə davam edirlər.
Hüseyn İbadlı
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək
-
Sosial07:17
Oktyabrın ilk günü hava necə olacaq - PROQNOZ
-
Magazin106:16
Tanınmış meyxanaçıların arxiv görüntüsü gündəm oldu - VİDEO
-
Magazin204:14
58 yaşlı aktrisa imicini kökündən dəyişdi - FOTO
-
Magazin101:11
Bu da Şəbnəm Tovuzlunun özündən gözəl qızı - VİDEO
-
Region00:30
Türkiyədən İrəvana təyyarələr uça bilər
-
Magazin100:15
Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış anlaşılmaların qarşısını alın