ABŞ
"Şaman"dan Trampa GÖZLƏNİLMƏZ TƏLƏB - Ya 40 trilyon dollar, ya da sikkə...

2021-ci ildə Kapitoli (ABŞ Konqresi — Amerika Birləşmiş Ştatlarının ikipalatlı qanunverici dövlət hakimiyyət orqanı) iğtişaşlarının iştirakçısı olan “Şaman” ləqəbli Ceykob Çensli, ABŞ Prezidenti Donald Trampa qarşı 40 trilyon dollar məbləğində məhkəmə iddiası qaldırıb.
Publika.az xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
26 səhifəlik iddia ərizəsində Çensli özünü “ABŞ-ın həqiqi prezidenti” və “qanuni baş komandan” adlandırır. Onun fikrincə, ABŞ Konstitusiyasını pozmaq məqsədilə qurulmuş bir sui-qəsd mövcuddur.
İddia həmçinin iş adamı İlon Mask, "T-Mobile şirkəti", "Warner Bros." kinostudiyası, ABŞ Federal Ehtiyat Sistemi, Milli Təhlükəsizlik Agentliyi, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və İsrail dövlətinə qarşı da yönəlib.
Kompensasiya olaraq “Şaman” 40 trilyon dollar tələb edir və ABŞ dövlət borcunu ödəmək üçün eyni nominalda və 1 unsiya (28,3 qram) çəkidə sikkə buraxılmasını təklif edir.
İddia sənədində Çensli əminliklə bildirir ki, Kristofer Nolanın “Qaranlıq cəngavər” və Ceyms Kameronun “Avatar” filmlərinin süjetləri onun əsərlərindən oğurlanıb.
2021-ci ildə Ceykob Çensli 6 yanvar tarixində Kapitoliyə qanunsuz daxil olduğu üçün 41 ay müddətinə həbs cəzasına məhkum edilib. Ona həmçinin 2 min dollar cərimə və həbsdən sonra 3 il nəzarət altında qalma cəzası verilib. Çensli 2025-ci ilin yanvarında Tramp tərəfindən əfv olunub.
Trampa qarşı irəli sürülən ittihamlar 6 yanvar 2021-ci ildə prezident seçkilərindən sonra Vaşinqtonda baş vermiş etirazlarla bağlıdır. Etirazçılar ABŞ Konqresinin binasına daxil olaraq bir neçə otağı ələ keçirmişdilər. Həmin vaxt parlament üzvləri Co Baydenin seçkilərdəki qələbəsini rəsmi şəkildə təsdiqləmək üçün toplaşmışdılar.
Hüseyn İbadlı
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək
-
Sosial07:17
Oktyabrın ilk günü hava necə olacaq - PROQNOZ
-
Magazin106:16
Tanınmış meyxanaçıların arxiv görüntüsü gündəm oldu - VİDEO
-
Magazin204:14
58 yaşlı aktrisa imicini kökündən dəyişdi - FOTO
-
Magazin101:11
Bu da Şəbnəm Tovuzlunun özündən gözəl qızı - VİDEO
-
Region00:30
Türkiyədən İrəvana təyyarələr uça bilər
-
Magazin100:15
Cabir İmanovun vida mərasimindən ürəkdağlayan GÖRÜNTÜLƏR - VİDEO
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Yanlış anlaşılmaların qarşısını alın