Dünya
FTB direktoru bu ölkənin rəsmilərinə qanunsuz odlu silah verib

ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patel bu ilin əvvəlində Yeni Zelandiyaya səfəri zamanı ölkənin rəsmilərinə qanunsuz odlu silahlar hədiyyə edib.
Publika.az xəbər verir ki, bu barədə "News.afp.com" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd edək ki, iyul ayında Patel daimi kəşfiyyat idarəsi açmaq üçün Yeni Zelandiyaya səfər edib və yüksək səviyyəli hökumət nazirləri, həmçinin kəşfiyyat və hüquq-mühafizə orqanlarının rəsmiləri ilə görüşüb. Çərşənbə günü Yeni Zelandiya polis komissarı Riçard Çembers səfər zamanı Pateldən "3D variantında çap edilmiş tapançanın işləməyən plastik nüsxəsini" aldığını bildirib.
Ertəsi gün Odlu Silahların Təhlükəsizliyi İdarəsinə müraciət olunub və hədiyyələr geri alınıb. Bildirilib ki, təqdim edilən silahlar işlək olmasalar da, Odlu Silahların Təhlükəsizliyi İdarəsi və Polis Silah Anbarı tərəfindən aparılan sonrakı təhlillər, cüzi dəyişikliklərin onları istifadəyə yararlı edə biləcəyini ortaya qoyub.
Çembers, tapançaların yerli odlu silah qanunlarına uyğun olaraq məhv edildiyini söyləyib.
Kəşfiyyat agentliklərinin birgə bəyanatında deyilir ki, Yeni Zelandiya odlu silah qanunlarına uyğunluğu təmin etmək üçün "hədiyyələr" ertəsi gün polisə təhvil verilib.
Adəm
-
Sosial14:56
Qiyməti artan, xidmət keyfiyyəti "yüksələn" marşrut: Rahatlıq yoxdur - VİDEO
-
Sosial14:37
Bu gün açılışı olan universitetdən - FOTOLAR
-
İdman13:42
Haaland sevgilisi ilə belə tanış olub: Mən onu yox, o məni "bişirdi" - FOTOLAR
-
Sosial12:48
Sərnişinlərin nəzərinə: Avtobusda ödəniş edərkən buna diqqət yetirin - FOTO
-
Sosial11:08
Noyabrda ardıcıl 4 gün iş olmayacaq - VİDEO
-
Dünya10:32
NASA Ayda kənd salır: Kimlər yaşayacaq?
-
Sosial09:38
Qəzalı vəziyyətdə olan 13 bina sökülür: 1 300 ailəyə yeni evlər veriləcək
-
Sosial07:17
Oktyabrın ilk günü hava necə olacaq - PROQNOZ