Osimhen ÇL-də rekord vurdu
Bizi izləyin

İdman

Osimhen ÇL-də rekord vurdu

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen Çempionlar Liqasında 10 qol vuran ilk nigeriyalı futbolçu olub.

Publika.az xəbər verir ki, onun 10-cu qolu "Liverpul"a qarşı keçirilən oyunda gəlib. Osimhen 16-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Osimhen həm də Çempionlar Liqasında üç müxtəlif komanda - "Lill", "Napoli" və "Qalatasaray"ın heyətində qol vuran ilk nigeriyalı oyunçudur.

Qeyd edək ki, Osimhenin yeganə qolu sayəsində "Qalatasaray" İstanbulda "Liverpul"a 1:0 hesabı ilə qalib gəlib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm