TRT-nin əməkdaşı Qəzzada həlak oldu
Bizi izləyin

Dünya

TRT-nin əməkdaşı Qəzzada həlak oldu

Türkiyənin TRT telekanalının əməkdaşı Yahia Barzaq Qəzzada həlak olub.

Publika.az xəbər verir ki, bu barədə Mətbuat Şurası məlumat yayıb.

"Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Yəhya Bərzakın Qəzzada həyatını itirməsindən dərin kədər hislərini ifadə edərkən, dünyanın müharibələrdən, münaqişələrdən və onların doğurduğu jurnalist ölümlərindən də uzaq məkana çevrilməsini arzulayır, TRT telekanalının timsalında bütövlükdə qardaş ölkə mediasına başsağlığı verir, mərhumun həmkarlarının və yaxınlarının üzüntülərini bölüşür, onlara səbr və dözüm diləyirlər", - məlumatda qeyd olunub.

Medianın İnkişafı Agentliyi də Qəzzada peşə borcunu yerinə yetirərkən həyatını itirən jurnalistin həlak olması ilə bağlı Türkiyə ictimaiyyətinə, TRT ailəsinə və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm