Sinaqoqa hücum: Ölənlər və yaralananlar var - VİDEO
Bizi izləyin

Dünya

Sinaqoqa hücum: Ölənlər və yaralananlar var - VİDEO

İngiltərənin Mançester şəhərində sinaqoqda bıçaqlı hücum olub.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, hadisə yəhudilərin müqəddəs Yom Kippur günündə “Heaton Park” Yəhudi İcması Sinaqoqunun qarşısında baş verib. Hadisə zamanı 2 icma üzvü ölüb, 4 nəfər isə ağır yaralanıb.

Məlumata görə, hücum edən şəxs əvvəlcə avtomobili piyadaların üzərinə sürüb, daha sonra sinaqoqun qarşısında insanları bıçaqlayıb. Şübhəli polis tərəfindən zərərsizləşdirilib, iki nəfər nəzarətə götürülüb.

Səlahiyyətlilər hücumu terror aktı elan edib. BMT-nin baş katibi Antonio Quterreş isə hücumu pisləyib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm